Xalq artisti Tünzalə Ağayeva həmkarından üzr istəyib.
Yenisabah.az xəbər verir ki, bir neçə gün öncə T.Ağayeva sosial şəbəkələrdə yayılan videoda həmkarı Vasif Məhərrəmliyə dediyi “Vasif, sən oxuya bilmirsən” sözlərinə aydınlıq gətirib:
“Vasif peşəkardır, sənət sahibidir. İnan ki, bu cümlənin sənin peşəkarlığına aidiyyatı yoxdur. Demək istəyirdim ki, Vasif, caz sənlik deyil, qoy, oxuyum. Başa düşürəm hər şeyi, maqazin xəbərlərinə öyrəşmişik. Amma istəmərəm ki, sənət dostlarıma mənim kəlmələrimdən ziyan gəlsin. Vasif, yenə də üzr istəyirəm”. Pepperoni pizza
O, V.Məhərrəmli ilə görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız