Tural Qarayev YAP üzvü deyil – Partiyadan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Tural Qarayev YAP üzvü deyil – Partiyadan açıqlama

Siyasət

19 Aprel 2019 00:22 1655


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızına hücum edən Tural Qarayevin Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olması barədə sosial şəbəkələrdə yayılan məlumat həqiqətə uyğun deyil.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Trend-ə YAP-dan məlumat verilib. Qeyd olunur ki, T.Qarayevin YAP-a heç bir aidiyyətı yoxdur. Bu cür yalan məlumat məqsədli şəkildə yayılır və bu yolla partiyanın nüfuzuna xələl gətirməyə çalışırlar.

Qeyd edək ki, T.Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onun əməllərinə hüquqi qiyməti məhkəmə verəcək. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!