“Turan Tovuz” - “Kəpəz” oyunundan sonra dava düşdü

“Turan Tovuz” - “Kəpəz” oyunundan sonra dava düşdü

İdman

20 Dekabr 2022 16:20 717


"Turan Tovuz" və "Kəpəz" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra insident baş verib.

Yenisabah.az CBC-ə istinadla xəbər verir ki, final fitindən sonra futbolçular arasında dava düşüb.

Azarkeşlər meydana girməyə cəhd göstərsə də, polis bunun qarşısını alıb.

Baş hakim Rəvan Həmzəzadə bir neçə oyunçuya qırmızı vərəqə göstərib.

Görüş 2:2 hesabı ilə yekunlaşıb. "Turan Tovuz" ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!