Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb.
Yenisabah.az bu barədə “Report”a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.
Onun sözlərinə görə, Arif Babayev hazırda Qax rayonunda istirahətdədir: Dördpendirli pizza
“Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkinə nisbətən daha yaxşıdır. Yenə də müalicəsi davam etdirilir, dərmanlar qəbul edir”.
Yaşar Babayev deyib ki, bu müddətdə sənət dostları və tələbələri Xalq artistini tək buraxmayıb, tez-tez onu ziyarətə gəliblər.
Xatırladaq ki, bir müddət əvvəl səhhəti pisləşən Arif Babayev müalicə üçün Türkiyəyə aparılmışdı.
Telegram kanalımız