“Əsgərlərimiz Əfqanıstandan geri qayıdır. Ölkə artıq “Taliban”a təslim oldu. Ancaq Türkiyə Əfqanıstan üçün bir ümid ola bilərdi”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Akar deyib.
Mütəxəssis bildirib ki, Türkiyə Əfqanıstanda qalsaydı, müasir dünyanın qapısını tuta bilərdi, lakin bu mümkün olmadı: Dördpendirli pizza
“Türkiyə Kabil hava limanında yerləşməklə bir çox məsələləri öz nəzarətində saxlayacaqdı. İlk olaraq Cənub və Cənub-Şərqi Asiyada böyük təsir gücünə malik olacaqdı. İkincisi, Əfqanıstanın gələcəyində, onun yenidən qurulmasında iştirak edəcəkdi. Həmçinin Əfqanıstandan qaynaqlanan mümkün qeyri-sabitliyə müdaxilə edə biləcəkdi.
Bundan əlavə, Türkiyə müttəfiqləri ilə ortaq bir zəmində görüşmək və onlarla yaşadığı gərginliyi və təzyiqi azaltmaq kimi bir fikrə sahib idi. Ancaq bunlar olmadı. “Taliban” və onlara təsir edən qüvvələr Türkiyənin Əfqanıstanda belə bir geosiyasi, siyasi, hərbi, demoqrafik, dini və iqtisadi təşəbbüs yaratmasını istəmədilər. Allah xeyrə calasın!”
Telegram kanalımız