TÜRK PA-dan Azərbaycana dəstək   BƏYANATI

saytların hazırlanması

Evə çatdırılma

TÜRK PA-dan Azərbaycana dəstək BƏYANATI

Siyasət

29 Sentyabr 2020 01:50 957


TÜRK PA-nın Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi gərginlikdən narahatlığını ifadə edərək, çoxsaylı itkilərlə nəticələnən Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qınayır.

Yenisabah.az xəbər verir ki, bu fikir TÜRK PA Baş katibinin Dağlıq Qarabağ bölgəsindəki hərbi gərginliklə bağlı bəyanatında yer alıb.

Baş katib bildirir ki, Parlament Assambleyası öz bəyannamələrində (2015-ci il Astana, 2017-ci il Ala-Arça, 2018-ci il İzmir və 2019-cu il Bakı bəyannamələri) də əks olunduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında qısa zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir. pizza mizza

Eyni zamanda, Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən danışıqlar prosesinə xələl gətirəcək hər hansı təhrikedici bəyanat və addımların qəbuledilməzliyini vurğulayır.

Baş katib mülki şəxslərin həyatlarını itirməsi ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığını bildirir və yaralananlara şəfa diləyir.  /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!