Türkanla Pərvizin konsertində qalmaqal - “Sanki terrorçu tutublar”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkanla Pərvizin konsertində qalmaqal - “Sanki terrorçu tutublar” - Video

Şou

09 Noyabr 2023 17:01 1470


Ötən gün bölgələrdən birində konsert verən Türkan Vəlizadə və Pərviz Bülbüləyə görə izdiham yaşanıb. 

Hətta heyranları səhnəyə çıxmağa çalışıblar. 

Yenisabah.az xəbər verir ki, ifaçıların pərəstişkarlarıdan biri bunu bacararaq səhnəyə çıxsa da, mühafizəçilər onu sərt şəkildə səhnədən düşürüblər. Dominos pizza

Həmin görüntülər qısa zaman ərzində sürətlə sosial şəbəkələrdə yayılıb.

İzləyicilər "Elə bil terrorist tutublar", "Bu necə rəftardır?", "Yazıq şəkil çəkdirmək istəyir, qolundan elə yapışırlar ki, sanki terror törədəcək" kimi çoxsaylı şərhlər yazıblar. 

Sözügedən kadrları təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!