Türkiyə 2028-ci il və 2032-ci ildə keçiriləcək Avropa çempionatlarına namizədliyini irəli sürüb.
Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qardaş ölkə artıq Avropanın ali futbol qurumuna namizədlik sənədi göndərib.
Həmçinin namizəd ölkələr arasında İngiltərə, Şimali İrlandiya, İrlandiya Respublikası, Şotlandiya və Uels də var. Sezar pizza
Avro-2028 və Avro-2032-yə ev sahibliyi etmək istəyən ölkələrin namizədlik sənədi göndərməsi üçün son tarix 2023-cü il 12 aprel olaraq müəyyənləşdirilib. Çempionatlara ev sahibliyi edəcək ölkələrin adları isə gələn ilin payızında açıqlanacaq.
Telegram kanalımız