Türkiyə Azərbaycandan neft alışını – KƏSKİN AZALDIB

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Azərbaycandan neft alışını – KƏSKİN AZALDIB

İqtisadiyyat

25 Avqust 2025 09:34 412


Azərbaycandan bu ilin yanvar-iyul aylarında Türkiyəyə 51,5 min ton neft ixrac edilib.

Yenisabah.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Türkiyəyə ixrac edilmiş neftin dəyəri isə 24 milyon dollar olub. pizza sifarişi

Son bir il ərzində ixracın həcmində 213,9 min ton (5,2 dəfə), dəyərində isə 123,7 milyon dollar (6,2 dəfə) azalma baş verib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan Türkiyəyə 147,7 milyon dollar dəyərində 265,4 min ton neft ixrac etmişdi.

Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə Türkiyəyə ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 792 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 156 manat (16,5%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 948 manata bərabər olub.

Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Türkiyə 2025-ci ildə 19-cu, 2024-cü ildə isə 12-ci yerdə olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!