Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı məhkəmədən   QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı məhkəmədən QƏRAR

Hadisə

31 Yanvar 2022 22:39 1963


Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən Fuad İsmayılov barəsində məhkəmə qərarı elan olunub.

Yenisabah.az xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılmışdı. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə görüntüdəki 1985-ci il təvəllüdlü Fuad İsmayılov qısa müddətdə saxlanılıb./APA Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!