Türkiyə Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarının oktyabrın 9-da dəniz yolu ilə təxliyə ediləcəyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, məlumatda gəmilərin təxminən 2 min sərnişin tutumu olduğu bildirilib.
Qeyd olunub ki, təxliyə prosesi günlərlə davam edə bilər. pizza
“Təxliyə üçün göndərilən gəmilərimiz həm də humanitar yardımlarımızı Livana çatdıracaq”, - məlumatda vurğulanıb./Axar.az
Telegram kanalımız