Türkiyə daha bir antiterror əməliyyatına başladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə daha bir antiterror əməliyyatına başladı

Rəsmi

12 Yanvar 2020 12:31 1208


Türkiyədə daha bir antiterror əməliyyatına başlanılıb.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin cənubunda Hatay vilayətində ordu genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

Ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, “Kapan-2” adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib. Dördpendirli pizza

Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.

Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!