Türkiyə də İranla sərhədi bağladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə də İranla sərhədi bağladı

Rəsmi

23 Fevral 2020 17:33 686


Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb. "Yeni Sabah" xəbər verir ki, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. F. Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17.00 etibarı ilə sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İrandan Türkiyəyə avtomobil və qatarların hərəkəti dayandırılıb. Türkiyədən İrana səfərlər isə davam edəcək. İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və Türkiyə İrandan təyyarə qəbul etməyəcək. Qeyd edək ki, İranda koronavirusla bağlı ölənlərin sayı 8 nəfərə çatıb. Türkiyədən başqa, İraq, Pakistan və Türkmənistan da İranla sərhədlərini bağlı elan edib. /APA
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!