“Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilən raket hücumunu qətiyyətlə pisləyirik”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
“Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir. Dördpendirli pizza
Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.
Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, - bəyanatda vurğulanıb.
Telegram kanalımız