Türkiyə-Ermənistan sərhədində mühüm görüş

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-Ermənistan sərhədində mühüm görüş

Siyasət

29 İyul 2024 13:47 592


Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüş keçirəcək. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, sabah Türkiyə-Ermənistan sərhədində danışıqların beşinci raundu baş tutacaq.  Sezar pizza

Görüş səhər Ermənistan, günorta isə Türkiyə tərəfində keçiriləcək.

Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!