Türkiyə Ermənistana şərt qoydu: Sərhəd bundan sonra açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Ermənistana şərt qoydu: Sərhəd bundan sonra açılacaq

Siyasət

01 Avqust 2024 10:39 928


"İrəvanla Bakı arasında münasibətlər normallaşdıqdan sonra Türkiyə Ermənistanla sərhədi aça bilər". 

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə deyib. 

"Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir. Müsbət nəticə olacağı təqdirdə ssenari hazırlamalıyıq və bu istiqamətdə iş gedir. Normallaşma prosesi başa çatsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddəki qapıları aça bilərik”, - deyə o qeyd edib.  pizza

İki ölkənin xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da sərhəddə görüşərək normallaşma prosesini ilkin şərt olmadan davam etdirmək niyyətlərini təsdiqləyiblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!