“Türkiyə ilə geniş əməkdaşlığa hazırıq“ - “Taliban“ sözçüsü

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə ilə geniş əməkdaşlığa hazırıq“ - “Taliban“ sözçüsü

Dünya

22 Avqust 2021 11:23 1043


"Taliban" Türkiyə ilə iqtisadiyyat, enerji və yeraltı sərvətlərin emalı da daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq etmək istəyir".

Yenisabah.az xəbər verir ki, bunu "Taliban" sözçüsü Süheyl Şahin "Türkiye" qəzetinə verdiyi müsahibəsində bildirib.

Şahin deyib: "Məlum olanın əksinə, Türkiyə ilə sıx əlaqələr qururuq. Türkiyə bizim üçün çox vacib regional oyunçudur. Dünyanın həm hörmətli, həm də qüdrətli bir ölkəsidir və İslam ümmətində xüsusi bir yerə sahibdir". Dördpendirli pizza

 “Əfqanıstan İslam Əmirliyi olaraq Türkiyənin dostluğuna, dəstəyinə və əməkdaşlığına digər ölkələrdən daha çox ehtiyacımız var. Əfqanıstan zəngin yeraltı sərvətlərə malikdir, lakin onları emal etməyə gücümüz yoxdur. Xarici işğal və daxili talançılığa görə bütün infrastrukturumuz çöküb. Türkiyə ilə səhiyyə, təhsil, iqtisadiyyat, inşaat, enerji və yeraltı sərvətlərin emalı sahələrində əməkdaşlıq etmək istəyirik. Daxili siyasi tarazlıq qurulduqdan sonra türk dostlarımızın bu problemlərin həllində fəal rol oynamasını gözləyirik”, - deyə Süheyl Şahin vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!