Rəsmi İrəvan ümid edir ki, Ermənistanla Türkiyə arasında sərhədin açılmasına dair razılaşmalar yaxın vaxtlarda həyata keçiriləcək.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. pizza sifarişi
“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşləri nəticəsində əldə edilmiş razılaşmaları həyata keçirəcəyik”, - deyə Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, indiki mərhələdə Ermənistanla Türkiyə arasında sərhəd üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmalı olacaq.
O, həmçinin qeyd edib ki, siyasi razılaşmalarla yanaşı, mühüm infrastruktur işləri də həyata keçirilib.
Telegram kanalımız