“Türkiyə-İran müharibəsi ehtimalı var” - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə-İran müharibəsi ehtimalı var” - Politoloq

Dünya

07 Oktyabr 2021 17:32 2072


"Şübhəsiz ki, Rusiya Cənubi Qafqazda baş verən hadisələrdə əsas oyunçudur. 44 günlük müharibə və Azərbaycanın işğal olunmuş əraziləri azad etməsi və ya bölgədəki hazırkı inkişaflar Moskvanın xəbəri və koordinasiyası olmadan baş verə bilməzdi”.

Yenisabah.az “Diplomacy”-yə istinadla xəbər verir ki, bunu iranlı siyasi strateq Sadeq Mələki bildirib.

“Qafqaz həmişə rusların arxa bağçası olub və olacaq. Belə görünür ki, hazırda bu coğrafiyada mürəkkəb və çoxşaxəli oyun formalaşır. Bu oyunun ölçülərini və necə cərəyan edəcəyini bilmək xüsusi diqqət yetirilməli olan ən vacib məqamdır”, - deyə Mələki qeyd edib. Pepperoni pizza

Analitik fikrinə belə davam edib: “Bəlkə də, Moskva və Vaşinqton yazılmamış bir razılaşma ilə Qafqazda Azərbaycan-Ermənistan müharibəsinin görüntüsü olan, lakin Tehrana və Ankaraya viran olma hesabına baha başa gələcək İran-Türkiyə müharibəsi ilə yeni bir fəkalət savaşı hazırlanıb.

Türkiyə və Azərbaycanın, Tehranla münasibətlərin ən yaxşı səviyyəsinə baxmayaraq, İranı rəqib olaraq gördüyünə şübhə yoxdur, amma bu rəqabət düşmənçiliyə çevrilməməlidir.

İranla qonşuları arasındakı bu vəziyyətin bir çox ucadan deyilməyəcək səbəbi var. Ancaq pantürkizm və panfarsizm ideyaları son böhranın hərəkətverici qüvvəsidir, əgər onlara nəzarət edilməsə, müharibə mümkün ehtimaldır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!