Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşacaq

Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşacaq

İdman

06 Dekabr 2022 21:40 565


Futbol üzrə Türkiyə milli komandasının 2024-cü il Avropa çempionatının (AVRO-2024) seçmə mərhələsinin D qrupunda gələn ilin martında Ermənistan və Xorvatiyaya qarşı keçirəcəyi oyunların məkanları müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Məlumata görə, ay-ulduzlu komanda AVRO-2024-ün seçmə mərhələsində ilk oyununda martın 25-i şənbə günü paytaxt İrəvanda Ermənistanla qarşılaşacaq. Respublika stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Millilər D qrupunda ikinci matçında 28 mart çərşənbə axşamı Bursada Xorvatiyanı qəbul edəcək. Bursa Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək qarşılaşmanın başlama saatı 22:45 olaraq müəyyənləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!