Türkiyə Müdafiə Nazirliyindən təsirli paylaşım:   Biz susmayacağıq! - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Müdafiə Nazirliyindən təsirli paylaşım: Biz susmayacağıq! - Fotolar

Siyasət

17 Oktyabr 2020 22:40 6742


"Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız bəşəriyyət... Bu balaca körpə gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilib".

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında yazılıb:

"Dilimiz, dinimiz, ölkələrimiz fərqli ola bilər, ancaq bu şəkil hamımızın ürəyini dağlamağa yetərdir". Sezar pizza

Nazirliyin səhifəsində daha bir paylaşımda isə Xocalı soyqırımı və Gəncədə baş verən terror aktı zamanı qətlə yetirilən körpələrin şəkilləri dərc olunaraq qeyd olunub:

"Bəlkə, bu şəkli ilk dəfə görə bilərsiniz, amma Azərbaycan xalqı 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir. Bu mənzərəni görüb susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!