Türkiyə ölkə daxilində PKK terror təşkilatına qarşı daha bir hərbi əməliyyata başlayıb.
"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Şırnak, Mardin və Batman vilayətlərini əhatə edəcək əməliyyat "Kıran-2" adlandırılıb.
Bildirilir ki, "Kıran-2"-yə avqustun 27-də start verilib. Əməliyyata xüsusi polis təyinatlıları və təhlükəsizliyi təmin edən keşikçilər cəlb olunublar. Ümumilikdə "Kıran-2"də 17 batalyon, 117 əməliyyat qrupu, 1750 şəxsi heyət iştirak edir. pizza mizza
Qeyd edək ki, hərbi əməliyyatın məqsədi sözügedən vilayətlərin kənd yerlərində fəaliyyət göstərən PKK terrorçularını aşkarlamaq, zərərsizləşdirmək, onların sığınacaqların; və anbarları təsbit edərək məhv etmək, yararsız hala salmaqdır.
Telegram kanalımız