Türkiyə səfiri: “Xocalıda baş verənlər tarixə qara ləkədir”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə səfiri: “Xocalıda baş verənlər tarixə qara ləkədir”

Siyasət

26 Fevral 2026 11:46 319


“Xocalı şəhərində törədilən bu vəhşət vicdanlarda iz buraxan qara ləkə olaraq tarixdə yerini alıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün fevralın 26-da Bakının Xətai rayonu ərazində yerləşən “Ana harayı” abidəsini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 1992-ci ilin fevralında Xocalıda baş verən faciənin ildönümündə həmin acı günlər bir daha anılır. Pepperoni pizza

Diplomat qeyd edib ki, Türkiyə səfirliyi olaraq Azərbaycan xalqına başsağlığı verilir və şəhidlərin xatirəsi ehtiramla yad olunur. B.Akgün faciə zamanı həyatını itirənlərə rəhmət diləyib:

“Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Geridə qalanlara səbir və dözüm arzulayırıq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!