Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib

Siyasət

10 Noyabr 2020 14:29 2435


“ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etməyib. Bu, üçtərəfli - Rusiya, Ermənistan və Azərbaycanın sazişidir”.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, üçtərəfli bəyanatdır”, - deyə Rusiya Prezidentinin sözçüsü Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransanın iştirak edib-etməməsi ilə bağlı suala cavabında vurğulayıb. Dominos pizza

Peskov deyib ki, Qarabağla bağlı bəyanatda bu regionun statusu qeyd olunmur. Onun sözlərinə görə, burada beynəlxalq aktlardan və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrindən çıxış etmək lazımdır:

“Bəli, bu sənəddə Qarabağın statusu ilə bağlı danışılmır. Hazırda biz beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

D.Peskov söyləyib ki, Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, lakin bu ayrı razılaşmaların mövzusudur.

“Həqiqətən, söhbət Azərbaycan ərazilərində atəşkəsə monitorinq mərkəzinin yaradılmasından gedirdi. Bu, Azərbaycandadır və bu birgə monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları artıq ayrı bir razılaşmanın mövzusudur”, - deyə Kremlin sözçüsü Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü şərh edərkən vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!