Türkiyə Superliqasının 3 oyunu təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Superliqasının 3 oyunu təxirə salındı

İdman

05 Avqust 2025 20:51 281


Türkiyə Superliqasının yeni mövsümün ilk turunun üç oyunu təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, klubların avrokubok matçlarına görə bu qərar verilib. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

"Fənərbaxça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Fatih Karagümrük" - "Başakşehir" matçları təyin olunmuş vaxtda keçirilməyəcək. Oyunların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat hələlik verilməyib. Toyuqlu pizza

Qeyd edək ki, "Fənərbaxça" Çempionlar Liqasında, "Beşiktaş" və "Başakşehir" isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!