Türkiyə Suriyada əməliyyata başladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Suriyada əməliyyata başladı - Fotolar

Dünya

10 Dekabr 2024 20:56 840


Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.

Yenisabah.az "TRT Haber"ə istinadən xəbər verir ki, MİT Suriyadakı vəziyyətdən sui-istifadə etmək istəyən PKK/YPG terror təşkilatının Kamışlı bölgəsində Bəşər Əsəd rejimindən qalan raket, ağır silah və sursatları ərazidən çıxarmaq istədiyini müəyyənləşdirib.

Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 tır, iki tank və iki sursat anbarı məhv edilib. pizza

Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.

MİT mənbələri bildirib ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək./Report


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!