Türkiyə vətəndaşlarını Livandan çıxarır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə vətəndaşlarını Livandan çıxarır

Dünya

10 Oktyabr 2024 14:01 682


Livan xalqına humanitar yardım çatdıran və Türkiyə vətəndaşlarını Livandan təxliyə edən gəmilər Beyrutu tərk edərək Türkiyənin Mersin limanına doğru hərəkət edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, İsrailin bölgədə başladığı müharibənin yaratdığı humanitar böhrana cavab olaraq Türkiyə zərərçəkənlərə yardım göstərməyə davam edəcək və xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək. pizza hut

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Livandan vətəndaşlarımızı təxliyə edən və qardaş Livan xalqına humanitar yardım çatdıran gəmilər Beyrutu tərk edərək Mersinə doğru gedir”, - deyə XİN rəhbəri yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!