Türkiyədə azərbaycanlı kişi arvadını öldürdü   - ANBAAN VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə azərbaycanlı kişi arvadını öldürdü - ANBAAN VİDEO

Kriminal

22 Aprel 2022 09:17 1167


Artıq bir neçə gündür "trend"ə çevrilən kişilərin boşandığı, boşanmaq üzrə olduğu arvadını öldürməsi halı yenə təkrarlanıb. Analoji hal bu dəfə ölkə hüdudlarını aşaraq, Türkiyədə qeydə alınıb. Belə ki, azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyərək öldürüb.

Yenisabah.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün Trabzonun Ortahisar rayonunda qeydə alınıb.

Bildirilib ki, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə boşanmaq üzrə olub. Qadının uzun müddətdir uşaqları atasına göstərməməsi cütlük arasındakı gərginliyi pik həddə çatdırıb. Dominos pizza

Bununla razılaşmayan Elvin Umayev özü ilə gətirdiyi tapança ilə arvadını başından güllələyib. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

E.Umayev könüllü olaraq polisə təslim olub. Onun əvvəllər Azərbaycanda məhkumluq həyatı yaşadığı bildirilir.\Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!