Türkiyənin Bursa şəhərində görünməmiş qadına şiddət hadisəsi baş verib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, eyni məhəllədə yaşayan 250 nəfərlik qrup bir qadının evini daşlayıb.
Onlar qadını narkotik alveri və fahişəliklə məşğul olmaqda günahlandırıblar. Sakinlər əvvəlcə qadına hücum edərək onu və yanındakı şəxsi döyüblər. Onlar canlarını zorla qurtarararaq binada gizlənsələr də, məhəllə sakinləri əl çəkməyib. 250 nəfərlik dəstə onların evini daşlayaraq, çölə çıxmalarını tələb edib. Dominos pizza
Hadisə yerinə çoxlu sayda polis gəlsə də, dəstə dağılışmaq barədə düşünməyib. Son çarə olaraq əraziyə hakim partiyanın millət vəkili Refik Özən gəlib. Qadının evini sataraq bir daha məhəlləyə gəlməməsini tələb edən dəstəni millət vəkili sakitləşdirib.
Sabrina
Telegram kanalımız