Türkiyədə futbol hakimi matç öncəsi bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə futbol hakimi matç öncəsi bıçaqlandı

Kriminal

28 Sentyabr 2025 20:58 456


Türkiyənin 3-cü liqasında bu axşam keçiriləcək "Altay" - "Eskişehirspor" matçının köməkçi hakimlərindən olan Emre Kaya qaldığı hotelin qarşısında bıçaqlanıb.

Oxu.Az DHA-ya istinadən xəbər verir ki, hadisə Konak rayonu Alsancak məhəlləsində baş verib.

27 yaşlı hakim naməlum səbəbdən mübahisə zamanı sol ayağından bıçaqlanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb, Kaya isə müalicə üçün Alsancak Dövlət Xəstəxanasına aparılıb. pizza hut

Səhhətinin yaxşı olduğu bildirilən gənc hakim ifadəsində hücum edəni tanımadığını və ona "niyə baxırsan?" sualı ilə hücum etdiyini bildirib.

Matça gəlincə, Kayanın yerinə oyuna digər hakim köməkçisi təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!