Türkiyədə güllələnən azərbaycanlı iş adamından müraciət - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə güllələnən azərbaycanlı iş adamından müraciət - Video

Kriminal

15 Sentyabr 2022 10:55 1957


2019-cu ilin iyulun 22-də İstanbulun Mərtər rayonu ərazisində evinə qayıdarkən silahlı hücuma məruz qalan azərbaycanlı iş adamı Rasim Babayev hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb.  

“Yeni Sabah”a daxil olan müraciətdə o Nərimanov Rayon Polis İdarəsində aparılan istintaqın səthi və qeyri-obyektiv aparıldığını iddia edib. Rasim Babayevin sözlərinə görə, onun cinayətin sifarişçilərinin, həmçinin icraçısının kimlər olduğunu istintaqa bildirməsinə baxmayaraq, istintaq orqanı tərəfindən həmin şəxslərin barəsində heç bir tədbir görülməyib. 

O qeyd edir ki, Türkiyə Respublikasında ondan izahat alınan zaman İmran Bağıyev və Kamran Bağıyev adlı şəxslərdən başqa heç kimlə düşmənçiliyinin olmadığını bildirib. Kamran Bağıyevlə əvvəl olan şərikliyi səbəbi ilə aralarında mülki mübahisə olduğunu deyən R. Babayev bildirib ki, Kamran Bağıyev tərəfindən məhkəməyə verilmiş iddianı geri götürməsi üçün hədələnib.   Pepperoni pizza

R. Babayev bildirib ki, törədilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4( Xüsusi amansızlıqla adamöldürmə) və 120.2.5-ci ( sifarişlə adam öldürmə) maddələrində nəzərdə tutulmuş tərkib əlamətlərini özündə birləşdirir.

Müraciətdə adı çəkilən şəxslərin və hüquq-mühafizə orqanlarının mövqeyini dərc etməyə hazırıq.

Nəzrin Cavadzadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!