Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 112 nəfər həyatını itirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qardaş ölkədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 246 037 nəfər test edilib, onların 25 100-nün koronavirus testi pozitiv nəticə verib, 6758 nəfər sağalıb. Pepperoni pizza
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 75 857 256 nəfərə peyvənd tətbiq edilib.
Telegram kanalımız