Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımovun istintaqı yekunlaşıb.
Yenisabah.az apa-a istinadla xəbər verir ki, istintaq orqanı tərəfindən Fazil Qasımovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılacaq. pizza hut
Məhkəmənin hazırlıq iclası avqustun 15-nə təyin edilib.
Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Telegram kanalımız