Mersində otları alışdıraraq yanğına səbəb olan şübhəlilərdən 1-i həbs edilib.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Mersin Baş prokurorluğu məlumat yayıb.
Məlumata görə, iyulun 31-də hadisəni törətməkdə şübhəli bilinən K.Ş. və B.K. adlı şəxslər polis tərəfindən saxlanılmışdı. Dominos pizza
İstintaq zamanı K.Ş.nın günahı sübuta yetirildiyindən o həbs edilib, B.K. məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Araşdırmalar davam etdirilir.
Telegram kanalımız