Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlandı

Dünya

29 Yanvar 2025 18:49 250


Bəşər Əsəd rejimi devriləndən sonra Türkiyədən ölkələrinə qayıdan suriyalıların sayı açıqlanıb.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O bildirib ki, indiyə kimi 81 min 576 suriyalı könüllü öz ölkəsinə qayıdıb. pizza sifarişi

Nazirin sözlərinə görə, Türkiyə suriyalıların təhlükəsiz şəkildə geri qayıtmağını təmin etmək üçün bundan sonra da öhdəsinə düşəni edəcək.

Qeyd edək ki, Suriyada 61 illik Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS) 12 dekabr 2024-cü ildə süqut edib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!