Türkiyəli pilot havada ikən öldü - Təcili eniş edildi 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli pilot havada ikən öldü - Təcili eniş edildi 

Dünya

09 Oktyabr 2024 15:28 661


Türk Hava Yollarının ABŞ-İstanbul reysi ilə uçan təyyarənin pilotu havaya qalxdıqdan sonra dünyasını dəyişib. 

Yenisabah.az xəbər verir ki, təyyarə digər pilot və ikinci pilot tərəfindən qəza kodu ilə endirilib. 

Məsələ ilə bağlı Türk Hava yollarının mətbuat katibi Yəhya Üstün özünün X sosial platformasında yazıb.    pizza mizza

"Sietl-İstanbul TK204 reysini yerinə yetirən TC-LGR qeydiyyatlı “Airbus 350” tipli təyyarəmizin kapitan pilotu İlşehin Pehlivan uçuş zamanı huşunu itirib. Təyyarədə pilotumuza edilən ilk tibbi müdaxilə nəticəsiz qalıb. Bundan sonra kabinədə olan digər və köməkçi pilotlar təcili eniş qərarı veriblər. Ancaq 2007-ci ildən Türk Hava Yollarında çalışan 59 yaşlı pilotumuz təyyarə enməzdən əvvəl həyatını itirib”. 

Nyu-Yorka qayıdan təyyarənin sərnişinlərinin Nyu-York reysi vasitəsilə Türkiyəyə gəlməsinin planlaşdırıldığı bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!