Türkiyəli qadın alim evində ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli qadın alim evində ölü tapıldı

Hadisə

01 Noyabr 2021 23:07 1146


Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Mərmərə Araşdırma Mərkəzinin tədqiqatçısı, dosent Dilək Dündar Ərbahar evində ölü tapılıb.

Yenisabah.az xəbər verir ki, polis intihar versiyası üzərində dayansa da, qətl versiyası da nəzərdən keçirilir.

Həyat yoldaşı ilə problemlər yaşayan və boşanma ərəfəsində olan gənc qadının ölümündən sonra polis onun başı üzərində stəkanda insektisid və “səni çox, çox, çox… sevirəm” yazılmış kağız aşkar edib. Sezar pizza

Qeyd edək ki, zəhərli qazlara qarşı yüksək ayırdetmə həssaslığına malik, kütləvi istehsala yaralı və qənaətcil sensorlar sahəsində tədqiqat aparan Dündar Ərbahar "L'Oréal-UNESCO Elm Qadınları üçün” beynəlxalq mükafatına layiq görülüb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!