Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin nüvə silahına sahib olmasını zəruri hesab etdiyini bəyan edib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan hazırda Türkiyənin nüvə silahına sahib olmaq yolunda addımlar atdığını deyib:
“Bəzilərinin əlində nüvə raketi var, bir dənə deyil, iki dənə deyil. Mənim əlimdə nüvə raketi olmasın? Mən bunu qəbul etmirəm! Hazırda dünyada inkişaf etmiş ölkələrin demək olar ki, hamısında nüvə başlıqlı raketlər var. Amma bizə “sən etmə!” deyirlər. Yanımızda İsrail var, hamını o raketlə qorxudur. Hörmətli qardaş və bacılar, hazırda bu məsələ ilə bağlı işlər aparırıq”. pizza
Sabrina
Telegram kanalımız