Türkiyənin məşhur klubu Mahiri gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin məşhur klubu Mahiri gözləyir

İdman

26 Yanvar 2022 11:19 1004


Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Atabey Çiçek karyerasını yenidən “Samsunspor”da davam etdirə bilər.

Yenisabah.az Apasport-a istinadən xəbər verir ki, hücum xəttini gücləndirməyə qərar verən Samsun təmsilçisi İstanbul klubunun forvardını geri qaytarmaqda iddialıdır.

Keçidin baş tutması isə Azərbaycan millisinin futbolçusu Mahir Emrelidən də asılıdır. “Başakşəhər” Polşa “Legiya”sında çıxış edən hücumçumuzun komandaya keçəcəyini gözləyir. pizza sifarişi

Emreli İstanbul klubuna keçsə, Çiçek “Samsunspor”a göndəriləcək. Artıq futbolçunun özü ilə də anlaşan samsunlular transferin reallaşmasını gözləyir. Bu üzdən aşağı liqa təmsilçisi də Emrelinin “Legiya” ilə probleminin tez həll olmasında və “Başakşəhər”ə keçməsini istəyir.

Qeyd edək ki, Atabey cari mövsüm Super Liqada 6 matça çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!