Dağlıq Qarabağda yaradılacaq müşahidə mərkəzi ilə əlaqədar Rusiya ilə Türkiyə arasında əməkdaşlıq baş tutacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib:
“Rus-Türk ortaq sülhməramlı qüvvələri məsələsi heç vaxtmüzakirə edilməyib. Türkiyə ilə birgə əməkdaşlıq Azərbaycan torpaqlarında mümkün olacaq. Burada bir müşahidə mərkəzinin yaradılması nəzərdə tutulur”. Dördpendirli pizza
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Dmitri Peskovun bu açıqlamasını təsdiqləyib. Abdullayeva Ermənistanla imzalanan müqavilənin 5-ci maddəsini diqqətə çəkərək, “Müqavilənin şərtlərinə əməl edilməsi məqsədilə müşahidə mərkəzi yaradılacaq.Razılaşmada heç bir ölkənin adı çəkilmir. Bu, özlüyündə sual yarada bilər, lakin bölgədə tətbiq olunacaq nəzarət və müşahidə mərkəzində Rusiya ilə birlikdə Türkiyə də yer alacaq.Türkiyənin də müşahidə nöqtələrində olacağı dəqiqdir”.
Telegram kanalımız