Türkiyəyə onlarla kubok qazandıran Obrodoviç barədə kitab yazılıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəyə onlarla kubok qazandıran Obrodoviç barədə kitab yazılıb

İdman

04 İyul 2019 09:25 1291


“Fənərbaxça”nın kişilərdən ibarət  basketbol komandasının baş məşqçisi Zelyiko Obrodoviçin həyatından bəhs edən kitab satışa çıxarılıb.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kitab “Yaşayan əfsanə Obra” adlandırılıb. Avtobioqrafik əsər türk yazıçıları Gökhan Gərman və Həmid Turhan tərəfindən qələmə alınıb. Burada Obrodoviçin anadan olmasından basketbola başlamasına, basketbol komandasının formasını geyinməsindən məşqçilik etməsinə, idman düyasının tanınmış simaları ilə görüşündən tutmuş onun haqqında maraqlı şəkillərə qədər hər şey yer alıb.

Qeyd edək ki, çalışdırıcı 2013-cü ildə “Fənərbaxça”ya baş məşqçi təyin edilmiş, kluba  1 Avropa Liqası, 4 ölkə çempionluğu, 2 Türkiyə kuboku, 3 prezident kuboku olmaqla 10 kubok qazandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!