"Rusiya təyyarə və helikopter tədarükündə Türkiyə ilə əməkdaşlığı genişləndirməyə hazırdır".
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu "Rosoboronexport" nümayəndə heyətinin rəhbəri Denis Qizunov İstanbulda keçirilən IDEF 21 beynəlxalq müdafiə sənayesi sərgisində bildirib.
O deyib: ""TF-X" proqramı (5-ci nəsil ən yeni türk döyüş təyyarəsi yaratmaq proqramı) ilə bağlı Türkiyə ilə müəyyən məsləhətləşmələr aparırıq. Bundan əlavə, daha geniş bir dialoqa hazırıq. Əlbəttə, "Su-35" də Türkiyəyə təklif edilə biləcək potensial bir məhsuldur, lakin Türkiyə tərəfi hansı proqramla bağlı əməkdaşlıq proqramına qoşulacağına dair tam qərar verməyib. Hər halda, ölkəmizdə nəinki hava hücumundan müdafiə vasitələrinin, təyyarə və helikopterlərin tanıdılması Türkiyə istiqaməti üçün əlavədir”. pizza
Denis Qizunov Rusiyanın "S-400" zenit-raket kompleksləri ilə yanaşı, onların qorunmasını təmin edən avadanlıqları da Türkiyəyə satmağa hazır olduğunu qeyd edib. "Türk tərəfdaşlarımızla işimizi davam etdiririk, tamamlanması lazım olan müəyyən məsələlər var. Rəsmi Ankara ikinci alay dəsti üçün müqavilə imzalamaqda maraqlıdır. Ümumiyyətlə, türk həmkarlarımız üçün də bu prioritetdir. Təkcə "S-400" üzrə danışıqları davam etdirmirik, başqa layihələrimiz də var, o cümlədən onların qorunmasını təmin edən avadanlıqların satışı ilə bağlı”,- deyə o əlavə edib.
Telegram kanalımız