Türkmənistandan İsmayıllıya qonaq gəldilər, maşınlarını   sel apardı

saytların hazırlanması

Evə çatdırılma

Türkmənistandan İsmayıllıya qonaq gəldilər, maşınlarını sel apardı

Hadisə

17 İyul 2023 16:32 1110


İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb. 

Yenisabah.az AzərTac-a istinadən xəbər verir ki, hadisə bu gün İsmayıllı rayonu ərazisində baş verib. Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Yağan yağışlar nəticəsində Girdiman çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi nəticəsində avtomobildən çıxarılıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası da cəlb edilib. Çay boyunca axan avtomobil batdığı yerdən bir qədər aralıda sudan çıxarılıb.  Toyuqlu pizza

Avtomobil sel suları nəticəsində qismən zərər görsə də, sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. 

Hazırda Zərnava kəndində gedən yolun bərpası üçün ərazidə texnika işləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!