Lökbatanda tüstüdən zəhərlənən qadın ölüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə dekabrın 5-də "Qobu Park-1" yaşayış massivində olub.
Saat 03:15-03:20 radələrində baş vermiş yanğın zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova dekabrın 10-da xəstəxanada ölüb. pizza mizza
Xatırladaq ki, "Qobu Park-1" yaşayış kompleksində baş verən yanğın nəticəsində 4 nəfər, o cümlədən 2 azyaşlı uşaq, onların anası və kömək etməyə çalışan 1 kişi həlak olub.
Daha 4 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb, sonradan 1 nəfər evə buraxılıb, digərlərinin müalicəsi davam edir.
Telegram kanalımız