“Tutan da, oğurlayan da, yeyən də özləridir”   - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Tutan da, oğurlayan da, yeyən də özləridir” - Xalq artisti

Mədəniyyət

21 Avqust 2021 12:19 6596


“Göyərtinin qiymətinəcən hər şeyin qiyməti qalxıb. Heç gör bu haqda danışan varmı?”

Bu sözləri Yenisabah.az-a xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Kinorejissor son vaxtlar müzakirə mövzusuna çevrilən qiymət artımı barədə fikirlərini bölüşüb:

“Bütün bu problemlərin səbəbi icra strukturlarının bir adamın, bir tayfanın əlində cəmləşməsinə görədir. Bütün faciə bundadır, cinayət də buradan başlayır, çünki tutan da, oğurlayan da, yeyən də özləridir. Nəticədə çox ciddi sosial narazılıq yaranır, ictimai haqsızlıq baş alıb gedir. Bir idarədə nə qədər artıq şöbə, ştatlar var. Göyərtinin qiymətinəcən hər şeyin qiyməti qalxıb. Heç gör bu haqda danışan varmı? Çünki malı gətirən də özləridir, satıb pulu qazanan da, qiyməti qaldıran da. Onlar xalqı hər tərəfdən çapıb, talayırlar, böyük sosial narazılıq, inqilab yaradırlar. 5-10 ildən sonra vəziyyət necə olacaq?  İndidən bu haqda düşünmək lazımdır”.  Dominos pizza

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!