“Tutaq ki, 2 günlük bazarlıq pulu qazandınız, bəs vicdanınız?!”

saytların hazırlanması

Evə çatdırılma

“Tutaq ki, 2 günlük bazarlıq pulu qazandınız, bəs vicdanınız?!”

Mədəniyyət

13 Fevral 2024 14:04 4587


Tez-tez sosial şəbəkələrdə müxtəlif şəxslərin dilindən “Flora Kərimova müxalifətçi idi. Şuşa azad olandan, 44 günlük müharibədə qələbə qazandıqdan sonra mövqeyini dəyişdi” kimi fikirlərə rast gəlmək olur. 

Xalq artisti İkinci Qarabağ Müharibəsindən sonra prezident seçkilərinin ardınca növbəti dəfə müxalifətin “qara siyahısına” düşdü. Onu mövqeyini dəyişməkdə ittiham edənlərin sayı yenidən artdı. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Flora Kərimova onu ittiham edənlərə sərt cavab verib.  Pepperoni pizza

Sənətçi mövqeyini dəyişmədiyini, hər zaman vətəndaş mövqeyindən çıxış etdiyini bildirib: 

“Heç kimin mənəvi haqqı yoxdur ki, çıxıb desin ki, Flora Kərimova əvvəllər elə idi, indi belədir, mövqeyini dəyişib, başqa cür danışır və sairə. Hansı illəri deyirsiniz, ay bədbəxtlər?! Mən mövqeyimi dəyişməmişəm, Flora Kərimova hər zaman vətəndaş mövqeyində olub. Bu gün məni anlamaq üçün yaşadıqlarımı yaşamaq lazımdır. Bunları yaşamadan heç kəs başa düşə bilməz. 

Mənim 83 yaşım var, siz 20-30 il əvvəlin sözünü danışırsınız. Aşığın sözü qurtaranda “nanay-nanay” deyən kimi siz də bu fikirlərdən tutub durmuşunuz. Heç açıq sözünüzü də demirsiniz, professional quyu da qaza bilmirsiniz! Siz mənə professional qəbir belə qaza bilmirsiniz”. 

Xalq artisti onu gözdən salmağa, nüfuzuna xələl gətirməyə çalışanlara da ismarış göndərib:

“Mənim kövrəkliyim iradəmi sındırmır. Qoy düşmənlərim sevinməsin ki, mən qırılıram, sınıram. Mənim iradəmi heç nə əymir! Bir vətəndaş kimi itirdiyim hər insanın acısı mənim niskilimdir. 

Hərdən bəzi xəbər portallarında, sosial şəbəkələrdə məni aşağılamağa çalışan, nüfuzdan salmağa hədəflənmiş yazılara rast gəlirəm. Mən neyləmişəm ki, belə danışırsınız? Yaşımdan utanmırsınızmı?! Özünüzdən utanmırsınız? Nə var-nə var bir az baxış sayı qazanasınız deyə, ağlınıza gələni yazırsınız. Həmin yazılar sizə baxış sayı qazandıra bilər. Tutaq ki, 2 günlük bazarlıq pulu qazandınız, bəs vicdanınız haradadır?”

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!