Siqaret və alkoqollu içkilər gələn il bahalaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Siqaret və alkoqollu içkilər gələn il bahalaşacaq

İqtisadiyyat

06 Noyabr 2025 11:12 798


Azərbaycanda siqaret və siqarların aksiz dərəcələri artırıla bilər.

"Yeni Sabah" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar), eləcə də tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədin aksiz dərəcələrinin 45,5 manatdan 55 manata çatdırılması nəzərdə tutulur. Dördpendirli pizza

Bununla bərabər, spirtli içkilərin aksiz dərəcələri cüzi artırıla bilər.

Vergi Məcəlləsində təklif olunan dəyişikliyə əsasən, içməli spirtin, arağın (vodka), tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyor və likyor məmulatlarının, eləcə də konyak və konyak materiallarının hər litrinə görə aksiz dərəcələrinin 4,8 manatdan 5 manata çatdırılması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!