U-21 millimiz böyük hesabla uduzdu

saytların hazırlanması

Evə çatdırılma

U-21 millimiz böyük hesabla uduzdu

İdman

07 İyun 2022 19:18 1043


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Helsinkidəki eyniadlı stadionda təşkil olunan qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə bitib.  pizza sifarişi

Qeyd edək ki,   Azərbaycan yığması hazırda 7 xalla sonuncu- 5-ci pillədə qərarlaşıb. Siyahıya  19 xalla Xorvatiya başçılıq edir. Finlandiya 19 xalla 2-ci, Norveç 18 xalla 3-cü, Avstriya 16 xalla 4-cüdür.

Əlavə edək ki, yığmamız növbəti görüşünü iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.

7 iyun

Avro-2023, seçmə mərhələ

Finlandiya - Azərbaycan - 3:0 

Qollar: Skottya 50, Antmann 55, Sadiku 79

Reallaşdırılmayan penalti: Musa Qurbanlı 48 (qapıçı)

Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller

(hamısı Lüksemburq)

"Helsinki Football Stadium"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!