Üç cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı

saytların hazırlanması

Evə çatdırılma

Üç cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı

İdman

08 May 2023 11:20 778


Üç cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı

Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq. pizza sifarişi

Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 finalda Ahmed Abdelrahman (Misir)/Daikli Bouba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Sofia Fiora (Argentina)/Cenifer Eriyen (Haiti) duelinin güclüsü ilə, Aydan Əliyeva (52 kq) 1/32 finalda Erza Muminovyo (Kosova) ilə güləşəcək.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-da Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-da Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!