Üç gün əvvəl itkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Üç gün əvvəl itkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı

Hadisə

25 Noyabr 2025 01:23 14909


Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilov ölü vəziyyətdə tapılıb.

"Yeni Sabah" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, o, 21 noyabr 2025-ci il tarixində səhər saat 10 radələrində yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdı. Onun Suraxanı, Xətai, NZS, Neftçilər və "Sovetski" adlanan ərazilərdə görüldüyü bildirilmişdi.

Ailə üzvlərinin verdiyi məlumata əsasən, itkin düşmüş şəxs bu gün Xətai rayonunun Əmircan qəsəbəsi ərazisində, zibillikdə ölü halda aşkarlanıb. pizza

Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. O, son olaraq Suraxanı Su Kanal İdarəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sahib
    Əmircan Xətai rayonunda deyil...
    6 months ago